"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib

--2017-09-05 / 14:17

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən  10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib. Bu  barədə məlumatı Binəqədi RiH yayıb.

Keçirilən görüşdə Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, ictimai-humanitar sektorunun müdir əvəzi Səma əlizadə və ASAN könüllüləri iştirak ediblər.

ilk öncə ASAN könüllüləri Biləcəri bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verildi.

 Daha sonra ASAN könüllüləri ilə görüş keçirildi. Görüşdə çıxış edən Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi.

 Daha sonra çıxış edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış ictimai-humanitar sektorlar  haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin ictimai-humanitar sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Sonra Biləcəri Bələdiyyəsinin ictimai-humanitar sektorunun müdir əvəzi Səma əlizadə 2016-cı ilin avqust ayından Biləcəri bələdiyyəsində yaradılan ictimai-humanitar sektorun həyata keçirdiyi layihələrin təqdimatını etdi.

 Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı.

Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi.

          Belediyye.info

ŞƏRHLƏR