"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ASAN könüllüləri ilə Binəqədi rayon bələdiyyəsində görüş baş tutub

--2017-09-28 / 16:43

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Binəqədi rayon bələdiyyəsində görüş keçirilib.

Keçirilən görüşdə Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Kənan Qılıncxanov və ASAN könüllüləri iştirak ediblər.

Öncə ASAN könüllüləri “Heydər” məscidini ziyarət ediblər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verilmiş və məscid ilə yaxından tanışlıq olmuşdur. Məscidi ziyarətdən sonra ASAN könüllüləri Rayon bələdiyyəsinin qonağı olmuş və bələdiyyənin fəaliyyəti ilə tanış olmuşdurlar. Sonra onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilmişdir.

Daha sonra ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Bələdiyyənin sədri Sitarə Cabbarlı bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış ictimai-humanitar sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin ictimai-humanitar sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Sonra bələdiyyənin ictimai-humanitar sektorunun müdiri Kənan Qılıncxanov 2016-cı ilin avqust ayından yaradılan ictimai-humanitari sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib. Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb. Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam edib.

Sonda gənclər Azadlıq prospekti boyunca görülən işlərlə tanış olmuş və xatirə fotosu çəkdirilmişdir.

Belediyye.info

ŞƏRHLƏR