"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ASAN könüllüləri Xocəsən bələdiyyəsində olublar

--2017-08-19 / 08:03

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən  10-cu qrup ASAN könüllüləri ilə Xocəsən bələdiyyəsində görüş keçirilib. Bu barədə məlumatı Binəqədi rayon Xocasən bələdiyyəsi yayıb.

Keçirilən görüşdə Xocəsən Bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, bələdiyyə sədrinin müavinləri, ictimai-humanitar sektorunun müdiri və ASAN könüllüləri iştirak ediblər.

Xocəsən bələdiyyəsinin fəaliyyəti ilə tanış olan ASAN könüllülərinə  bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.

ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.

Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi bələdiyyələrində yaradılan ictimai-humanitar sektorlar  haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin ictimai-humanitar sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Xocəsən Bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Pərvanə Gözəlova 2016-cı ilin avqust ayından Xocəsən bələdiyyəsində yaradılan ictimai-humanitar sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.

Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR