Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif əsgərov 1 nömrəli Sahə inzibati ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.
Bu barədə məluamtı Nəsimi Rih yayıb.
Qəbulda Cavadxan küçəsi, A.Mustafayev və 20 Yanvar küçələrində yerləşən binaların sakinləri iştirak ediblər.
Sakinlərdən Qurbanov Allahverdi, Eminov Elçin, Aslanov Azər, ibrahimov Cavanşir və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, binanın dam örtüyünün təmir olunması, həyətdə abadlıq işlərinin aparılması barədə müraciətlər ediblər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident ilham əliyevə minnətdarlıqlarını bildiriblər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon icra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.
Belediyye.info
|
|
|