Bu gün Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev üçün özəl gündür.
Belə ki, Təmraz Tağı oğlu Tağıyev 15 fevral 1960-cı ildə Qərbi Azərbaycannın Hamamlı (Spitak) rayonunda anadan olub. Azərbaycan Politexnik institutunu bitirib, ixtisasca mühəndisdir. institutu bitirdikdən sonra Rabitə Nazirliyinin Avtonəqlliyyat müəssisəsində müxtəlif vəzifələrdə çalışıb. 1996-cı ildə irəli çəkilərək həmin müəssisənin baş direktoru vəzifəsinə təyin edilib. 2008- ci ilədək həmin vəzifədə çalışıb.
2009- cu ildə bələdiyyə seçkilərinə qatılan T.Tağıyev bələdiyyə üzvü, 2010-cu ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib. 2014- və 2019- cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərində T.Tağıyev növbəti dəfə uğura imza ataraq bələdiyyə üzvü və yenidən sədri seçilib.
Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev 26 aprel 2016-cı il tarixdə keçirilən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında yekdilliklə assosiasiya sədri vəzifəsinə seçilib. 22 il ərzində Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri olub.
Ümummillli liderimiz Heydər əliyev ideyalarına sədaqəti, ölkə Prezidenti cənab ilham əliyevə, dövlətçiliyimizə bağlılığı, gənclər arasında böyük nüfuzu və onlara dəstəyi onun fəaliyyətinin əsasını təşkil edir.
P.S. Belediyye.info olaraq T.Tağıyevi təbrik edirik.