Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiaysı 2017-ci ilin oktyabrın 30-dan noyabrın 05-dək ölkəmizdə keçiriləcək “ Yerli Demokratiya Həftəsi”ylə bağlı bələdiyyələrə tövsiyə göndərib.
Tövsiyə məktubunda qeyd edilir:
“Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında bələdiyyələrdə keçirilməsi nəzərdə tutulan Yerli Demokratiya Həftəsinin əsas məqsədi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsidir.
Həftə çərçivəsində Bələdiyyələrin Milli Assosiasiyaları aşağıdakı tədbirlərin keçirilməsini tövsiyə edir:
Açıq və qapalı yerlərdə vətəndaşların yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həlli, onların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, müraciətlərinə baxılması, 2017-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabtaların verilməsi, 2018-ci ilin bələdiyyə büdcəsinin və icrası nəzərdə tutulmuş layihələrin müzakirəsi, yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi (vergi ödəyicisi olan sakinlərin vaxtında vergi uçotuna düşməsi, vergitutma obyektləri barədə məlumatların Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) bazasına daxil edilməsi, vergi ödəyiçiləri üçün vergilərin ödənilməsi prosedurunun asanlaşdırılması, bank və poçtlarla yanaşı onlayn və elektron ödəmə terminalları vasitəsi ilə vergi ödəmələrinin təmin edilməsi və s.) ilə bağlı görüşlərin keçirilməsi;
əhalinin müxtəlif təbəqələrini təmsil edən vətəndaşların, xüsusən də ağsaqqaların və gənclərin yerli özünüidarəetmədə iştirak edə bilmə imkanlarının artırılması və sakinlərin öhdəlikləri istiqamətində marifləndirici görüşlərin keçirilməsi;
Bələdiyyənin inzibati ərazisində və bələdiyyənin yerləşdiyi binada “Yerli demokratiyanı inkişaf etdirək”, “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək”, “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” “Yerli Demokratiya Həftəsində fəal iştirak edək”, “Yerli vergiləri vaxtında ödəyək, problemləri həll edək” şüarları yazılmış plakat və transparantların asılması;
Vətəndaşların yerli səviyyədə idarəetmə proseslərində iştirakı imkanlarının artırılması və stimullaşdırılması məqsədilə bələdiyyələrdə “açıq qapı” günlərinin keçirilməsi;
Vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədilə “qaynar xətt”-in yaradılması, qaldırılan məsələlərin qeydə alınması yaxud cavablandırılması;
Bələdiyyənin inzibati binasının qarşısında və əhalinin sıx toplaşdığı yerlərdə “Bələdiyyə poçtu” qutularının quraşdırılması;
Bələdiyyə tərəfindən məqsədəuyğun hesab edilən digər tədbirlərin həyata keçirilməsi;
Həftə ərzində keçirilən tədbirlərin yerli KiV-lərdə işıqlandırılması, müvafiq saytlarda və rəsmi internet səhifələrində Həftə çəçivəsində görülmüş işlər barədə məlumatların yerləşdirilməsi;
Həftənin yekunları, keçirilmiş tədbirlər barədə əlavə olunan forma üzrə məlumatlar 3 gün müddətində Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarına təqdim edilməlidir
əlaqə : (+994 12) 499-63-50, 499-63-38, 499-63-04, 499-63-53
E-mail: asbma2006@gmail.com, aqbma2006@gmail.com, akbma2006@gmail.com
Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları”