"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədri Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyasında çıxış edib

--2022-03-23 / 09:13

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyasında çıxış edib. Fransanın Strasburq şəhərində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası öz işinə başlayıb. Sessiyada ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar ibrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Qıvraq bələdiyyəsinin üzvü Rauf əliyev və Nərimanov bələdiyyəsinin üzvü Samirə əliyeva Konqresin iclasında iştirak edirlər.

 Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarından Belediyye.infoya bildirilib ki, sessiyanın gündəliyində Palata və Plenar iclaslarda Gürcüstanda, Danimarkada, Mərakeşdə, Ermənistanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının Türkiyə, Böyük Britaniya və Lüksemburqda monitorinqi, kəndlərdə gənclərin yerli və regional hakimiyyətlərdə rolu və digər mövzularda müzakirələrin keçirilməsi nəzərdə tutulur.

 “Uşaqları öz şəhərində davamlı inkişafa cəlb etmək” mövzusunda müzakirələrdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış edib. Avropa şurasının “şəhərimizi necə daha yaxşı etmək olar” kitabçasının hazırlanması təşəbbüsünün və uşaqların iştirakı nəzərdə tutulan “Dinlə-Hərəkət et-Dəyişiklik et” Təlimatının əhəmiyyətli olduğu iştirakçıların diqqətinə çatdırılıb.

şəhər həyatının bir çox sahələrində uşaqların və gənclərin iştirakının təşviqinin, onların təcrübəsinin Dayanıqlı inkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində uşaq hüquqlarının daha da genişlənməsinə real şərait yaradacağını Hümbət Hüseynov çıxışı zamanı qeyd edib.

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyası öz işini davam etdirir. Gündəlikdəki məsələlərlə bağlı nümayəndə heyətinin digər üzvlərinin də çıxışları nəzərdə tutulur.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası

ŞƏRHLƏR