"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədri beynəlxalq tədbirə dəvət alıb

--2017-05-03 / 06:21

2017-ci ilin may ayının 5-də Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Belçikanın  Eypen şəhərində “Uğurlu ərazi islahatı” adlı konfransı təşkil edilir.

Tədbirə 60 ölkədən siyasətçi, praktik və akademik ekspertləri cəlb olunub. 

Konfransda  Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iştirak etmək üçün dəvət olunub. Bu barədə Belediyye.infoya məlumat Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsindən daxil olub.

Qeyd edək ki, konfrans zamanı 2016-cı ilin mart ayında Konqres tərəfindən təsdiq edilmiş “inkişaf edən Avropada avtonomiya və sərhədlər” adlı hesabata baxılacaq. iştirakçılar Avropa şurasının üzv ölkələrdə submilli islahatların səbəb, metod və uğurlu təcrübəsini müzakirə edəcəklər.

iş sessiyaları aşağıdakı problemləri əhatə edəcək:

-         iqtisadi böhrandan yaranan islahatlar

-         Uğurlu  idarəçilik üçün islahat 

-         Davamlı regional xüsusiyyətə uyğunlaşma

-         Hakimiyyətin möhkəmləndirilməsi  üçün islahat

 Xatırladaq ki, konfrans ərəfəsində mayın 4-ü Konqresin idarə Komitəsinin üzvləri 2017-ci ilin oktyabr ayında baş tutacaq 33-cü sessiyada baxılacaq hesabatları müəyyən edəcəklər.

Belediyye.info

 

ŞƏRHLƏR