"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədri Türk Dünyası Bələdiyyələr Birliyinin sədrinə başsağlığı məktubu ünvanlayıb

--2022-10-15 / 20:07

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin sədri Uğur ibrahim Altaya Türkiyənin Bartın rayonundakı mədəndə partlayış nəticəsində çox sayda insanın həlak olmasıyla bağlı başsaglığı məktubu ünvanlayıb. Məktubda deyilir:

 "Hörmətli cənab sədr!

Türkiyənin Bartın rayonundakı mədəndə partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri sədri olduğum Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin bütün üzvlərini və kollektivini olduqca kədərləndirdi. Qardaş Türkiyənin Bartın şəhərində baş vermiş mədən qəzası zamanı həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr, yaralılara şəfa diləyirəm. Dağıntılar altında qalanların tezliklə xilas edilərək, sağ-salamat evlərinə qayıtması üçün dua edirik.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan bələdiyyə üzvləri və qulluqçuları adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyərək tezliklə sağalmalarını arzulayaram.

Həlak olanlara Allah rəhmət eləsin!

Təmraz Tağıyev,

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri

TDBB-i idarə heyətinin üzvü

ŞƏRHLƏR