Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndə heyətinin qardaş Türkiyə Respublikasına səfəri başlayır.
Nümayəndə heyətinə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri, həmçinin Türk Dünyası Bələdiyyələr Birliyi idarə heyətinin üzvü Təmraz Tağıyev, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov daxildir.
Belediyye.infoya bu barədə məlumatı assosiasiya sədri T.Tağıyev bildirib.
Sədrin sözlərinə görə, nümayəndə heyəti Türk Dünyası Bələdiyyələr Birliyinin yanvar ayı üzrə iclasında iştirak edəcək, habelə assosiasiya ilə birlik arasında əməkdaşlıq əlaqələrinin qurulmasıyla bağlı niyyət protokolu imzalanacaqdır.
Nümayəndə heyətinin səfəri 18 yanvarda başa çatacaqdır.
Türk Dünyası Bələdiyyələr Birliyinin bundan əvvəl yaydığı məlumata görə, Birliyin yanvar ayı üzrə idarə Heyətinin iclası Kartepe Bələdiyyəsinin ev sahibliyində Kocaelidə keçiriləcəkdir.
Belediyye.info