"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədrinin təklifinə millət vəkili dəstək verdi

--2017-04-23 / 07:09

“Hər qəbul edilən qanun və normativ sənəd bələdiyyə sisteminin inkişafı  və nüfuzunun artması üçün nəzərdə tutulur”-bu sözləri Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanun layihəsinin müzakirəsi zamanı  bildirib.

Onun sözlərinə görə, bu gün müzakirəyə çıxarılan qanun layihəsini müsbət dəyərləndirmək lazımdır. Qanunda bu istiqmətdə tələb olunan bütün müddüəlar öz əksini tapıb.

Bununla yanaşı bir məqama diqqət yetirmək istərdim. Qanunun 17.4 maddəsində yazılır:  “Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı  intizam məsuliyyəti tədbirləri tətbiq  edilmir”  fikrinin dəqiqləşdirilməsinə ehtiyac vardır.

Fikrimcə, bələdiyyə üzvünün üzvlüyünə xitam verilərsə, ondan sonra ona  töhmət və ya xəbərdarlığın verilməsi nəyi dəyişəcəkdir. əgər mahiyyət etibaryilə hər hansı dəyişikik olmayacaqsa, bu maddənın salınmasına ehtiyac qalmır. Bununla bağlı bütün məqamlar yuxarıda qeyd edilən maddələrdə detallarıylə öz əksini tapıb.

Komitənin iclasında bələdiyyə sədrinin təklifi  millət vəkili Fəzail ibrahimli də dəstək verərək, həqiqətən bu maddənin redaktəyə ehtiyac olduğunu bildirib.    

Belediyye.info

ŞƏRHLƏR