Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından Belediyye.info daxil olan məlumata görə, Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Fransanın Strasburq şəhərində keçiriləcək növbəti sessiyasında iştirak edəcəkdir.
Nümyəndə heyətinə Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri, Naxçıvan Ali Məclsinin üzvü Anar ibrahimov, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Binəqədi rayon M..ə.Rəsuzladə bələdiyyəsinin sədri Hümbət Hüseynov da daxildir.
Konqress oktyabrın 15-dən 21-dək davam edəcədkir.
Belediyye.info