“Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası beynəlxalq əlaqələrini genişləndirir. Ötən il Latviya və Litva bələdiyyə assosiasiyaları ilə əlaqələri yeni müstəviyə keçirən assosiasiya cari ildə Türk Dünyası Bələdiyyələr Birliyi ilə yeni əməkdaşlıq əlaqələri qurmaq niyyətiylə çıxış edib” bu sözləri Belediyye.infoya Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənov deyib.
T.Həsənovun sözlərinə görə, toplantının gündəliyinə daxil olan məsələlərdən biri də Azərbaycan şəhər Bələdyyələri Milli Assosiasiyası ilə Türk Dünyası Bələdiyyələr Birliyi arasında qarşılıqlı əməkdaşlıq barədə müqavilənin imzalanmasıdır.
Müqavilə imzalandıqdan sonra qardaş ölkələrin bələdiyyələri arasında qarşılıqlı əməkdaşlıq daha da inkişaf etdiriləcəkdir.
Xatırladaq ki, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının nümayəndə heyəti Türkiyə respublikasında rəsmi səfərdədir.
Qeyd edək ki nümayəndə heyətinə Türk Dünyası Bələdiyyələr Birliyinin idarə Heyətinin üzvü, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənov daxildir.
Belediyye.info