Assosiasiyada təşkilat məsələsinə baxılıb
Bu gün keçirilən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında təşkilatı məsələyə baxılıb.
Belə ki, öz ərizəsiylə vəzifəsini tərk etmiş Binəqədi Bələdiyyəsinin sabiq sədri Sitarə Cabbarlı, Gəncə şəhər Nizami Bələdiyyəsinin sabiq sədri Qoşqar Məmmədov idarə heyətinin sədr müavinliyindən və Səbail Bələdiyyəsinin sabiq sədri Firdövsi Cəbrayılov idar heyətinin üzvlüyündən azad ediliblər.
Yığıncaqda idarə heyətinin təklifiylə Binəqədi Bələdiyyəsinin sədri Salman Umudov və Nizami Bələdiyyəsinin sədri Amin əliyev sədr müavinləri, Səbail Bələdiyyəsinin sədri Səmədağa Aslanov idarə heyətinin üzvü seçilib.
Yığıncaq iştrakçıları yekdilliklə idarə heyətinin təklifini qəbul ediblər.
Belediyye.info