"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiyanın idarə heyətinə yeni üzvlər seçilib

--2016-05-13 / 18:54

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynovun Belediyye.infoya verdiyi məlumata görə, assosiasiya yeni hesabat ilində bir sıra layihələrə imza atacaq. Məqsəd bələdiyyələrin fəaliyyətinin təbliği və onların qarşılaşdığı problemlərin həllinə yardımçı olmaqdır.

Sədrin sözlərinə görə, bu günlərdə assosiasiyanın yeni formalaşan idarə heyətində bəzi dəyişikliklər olub.

Belə ki, Abşeron rayon Mehtiabad bələdiyyəsinin sədri əbülfət Nuriyev sədr müavini, Sabunçu rayon Bakıxanov  bələdiyyəsinin sədri Ramiz Nəsibov isə idarə heyətinin üzvü seçiliblər.

Belediyye.info

ŞƏRHLƏR