sorğu
Astara bələdiyyələrinin 2016-cı ildə 251.200 manat büdcə gəlirləri olub. Bu barədə Belediyye.infoya məlumat Dövlət Statistika Komitəsindən daxil olub.
Astara bələdiyyələri əmlak vergisinin yığım həcmini 74 faiz artıra biliblər. Belə ki, rayonda il ərzində 26.900 manat əmlak vergisi toplanılıb. Bununla yanaşı 61.900 manat torpaq vergisi, 1.800 manat isə küçə divar reklamlarından daxil olub.
Məlumatda daha sonra qeyd edilir ki, rayon bələdiyyələri bələdiyyə əmlakının özəlləşdirilməsindən 97.800 manat, icarəyə verilməsindən isə 13.400 manat maliyyə vəsiti əldə ediblər.
il ərzində 100 manat maliyyə yardımından , 6600 manat isə digər istiqamətlərdən vəasit daxil olub.
Beeldiyye.info