Astara rayonunda formalaşan 15 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 286.500 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 14 faiz azalma deməkdir.
əldə edilən vəsaitin isə 54.1 faizi yəni (155100 manat) bələdiyyə əmlakının özəlləşdirliməsindən və torpağının icarəsindən daxil olub.
Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Astara rayonunda formalaşan 15 bələdiyyə 22.200 manatlıq əmlak vergisi, 67.600manatlıq torpaq vergisi, 800 manatlıq reklam vergisi toplaya biliblər.
Təəssüf ki, Astara bələdiyyələri mehmanxana rüsumu, dayanacaq rüsumu və mədən vergisini toplaya bilməyiblər.
Qeyd edək ki, il ərzində 39.400 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Astara bələdiyyələri əldə etdikləri qazancın 65.6 faizini, yəni 189.000 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 30.3 faizini isə 136000 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.
Belediyye.info