"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsi dəmiryol xəttinin çəkilşinə qatılıb

--2016-01-17 / 00:22

 Astara  bələdiyyəsinin  sədri  Aygül Məmmədovanın  Belediyye.infoya  açıqlamasında bildirilir ki,   “şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaranın üç bələdiyyəsinin ərazisində xüsusi  mülkiyyətdə olan torpaqların boşaldılmasına başlanılacaq. Hazırda siyahı dəqiqləşdirilir.  Astara bələdiyyəsinin ərazisində 17 ev, 1 ikimərtəbəli bina söküntü ərazisinə düşür. Bununla yanaşı  113 nəfərə aid pay torpağı, 15 kanal ərazisi, habelə Astara bələdiyyəsinə aid əkin sahəsi, meşə zolağı dəmir yolu xəttinin çəkiləcəyi əraziyə düşür. Hazırda Astaranın  üç bələdiyyəsi   icra nümayəndəlikləri ilə birgə dəqiqləşdirmələr aparırlar. Bələdiyyələr hazırda pay torpaqlarının sahiblərini tapmaqla bərabər torpaqla bağlı  aktların alınmasını həyata keçirirlər. Sədrin sözlərinə görə, bununla bağlı inanırıq ki, alqı-satqı əməliyyatları nəticəsində bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil ola bilər.

Xatırladaq ki, “şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi şimali Avropanı Cənub-şərqi Asiya ilə birləşdirəcək. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının iran körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Belediyye.info 

ŞƏRHLƏR