"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsi Giləkəran qəbristanlığında abadlıq işlərini həyata keçirir

--2017-09-01 / 15:57

 Astara bələdiyyəsi müqəddəs Qurban bayramı ərəfəsində Astara şəhərinin ikinci böyük qəbristanlığı olan Giləkəran qəbristanlığının son abadlaşma işlərini həyata keçirir.

Bu barədə məlumatı Astara bələdiyyəsinin sədri Aygül Məmmədova bildirib.

Belediyye.infoya açıqlamasında sədr bildirib ki, bunun üçün həmin əraziyə 200-maşın torpaq tökülmüş və xüsusi təxnika ilə hamarlanmışdır:

“əvvəllər su altında qalan ərazi indi  bir metr qaldırılmışdır. Astara bələdiyyəsinin gördüyü işlərdən sonra vətəndaşlar  bu qəbristanlıqdan istifadə ətməyə başlayıblar.

Hazırda qəbristanlığın hasarının qaldırılması və xüsusi dəkoratıv bitkilərin əkilməsi nəzərdə tutulur.Bu işdə könüllü şəkildə bələdiyyəyə fiziki qüvvəsi ilə  kömək ədən hər kəsə xüsusi təşəkkürlərimizi bildiririk.”

Belediyye.info

ŞƏRHLƏR