əsası Ulu Öndər Heydər əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz cənab ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ildən-ilə güclənməkdə olan yerli özünüidarə orqanları – bələdiyyələr ölkənin sosial-iqtisadi sahədə inkişafına öz töhfəsini verməkdədir.
Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı Qanunlara dəyişikliklər edilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bu qurumun inkişafına təkan verir.
Astara Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Astara rayon icra başçısı Qəzənfər Ağayevin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.
23 dekabr 2014-cü ildə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirildi və Sizin verdiyiniz səslər əsasında Astara bələdiyyəsi yenidən formalaşdı.
2016-cı ildə bələdiyyənin fəaliyyəti barədə hesabata başlamazdan əvvəl, biz gənclərə etimad göstərdiyinizə görə Sizin timsalınızda bütün seçicilərə minnətdarlığımızı bildiririk.
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Astara Bələdiyyəsi ötən il gördüyü işlər haqqında illik hesabatını ictimaiyyətə təqdim edir.
2016-ci ildə Astara bələdiyyəsində 23 ümumi iclas keçirilmişdir, həmin iclaslarda 100-ə yaxın məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Ötən il bələdiyyəyə vətəndaşlar tərəfindən 118 ədəd ərizə və məktub daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.
Müraciət edənlərin əksəriyyətinin xahişi həll edilmişdir.
Hesabat dövründə 439 nəfər bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.
il ərzində bələdiyyəyə rəsmi orqanlardan 116 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır. “Yerli Demokratiya həftəsi “çərçivəsində Astara bələdiyyəsi tərəfindən 67 vətəndaş qəbul edilmişdir.Ötən il ərzində Astara bələdiyyəsi iki dəfə hesabat yığıncağı keçirmişdir.500 nəfərə yaxın şəhər əhalisi yığıncaqda iştirak etmişdir.
GÖRÜLMÜş işLəR
Astara şəhəri 1507 ha ərazini əhatə edir ki,burada 4016 təsərrüfat mövcud olmaqla,onun 633 ha ərazisi xüsusi mülkiyyət,24 ha dövlət mülkiyyəti və 850 ha bələdiyyə mülkiyyətinə aiddir.Bələdiyyə mülkiyyətinə aid olan 172 ha torpaq sahəsinin ehtiyat fond torpağı olub onun 30,6 ha sahəsi dənizkənarı torpaqlara, 89 ha sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə icarəyə verilmiş torpaqlara,20,18 ha sahəsi bələdiyyə fond torpaqlarına(onun 13,8 ha-rı Giləkəran,6,38-i kələdəhnə ərazisindədir).Yerdə qalan 32,22 ha ümumi istifadəyə verilən torpaqlara bölünmüşdür.Ümumi istifadə verilən torpaqların mülkiyyətə və istifadəyə verilməsi qanunən mümkün olmadığından həmin ərazilər örüş yeri kimi vətəndaşlar tərəfindən istifadə olunur.Lakin insanlar arasında heyvanların qapalı şəraitdə saxlanması barədə təbliğatdan sonra həmin şəxslər bu əraziləri əkin sahələri kimi istifadə etməyə başlamışlar.
Ötən il Astara şəhər icra nümayəndəliyi ilə birgə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Məhəllə komitələrinin müraciətləri əsasında Astara rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin dəstəyi ilə məhəllələrdə görülmüş işlərdən –M.ə.əzizbəyov ,ə.Muxtar küçəsinin ,Kaverin ,N.Nərimanov küçəsinin bir neçə hissəsinin ,Astara şəhər 6 saylı tam orta məktəbinin həyətinin ,Kənd təsərrüfatına dəstək məqsədilə əkin sahələrinə gedən yolların, və Giləkəran qəbristanlığına gedən yolların abadlaşması üçün dəfələrlə qum-çınqıl tökülmüş və hamarlanmışdır.Yağan şiddətli yağışlar nəticəsində zərər görmüş həyətlərin müəyyən olunması və bütünlüklə olmasa da bir neçə həyətin qumla doldurulması işində Astara bələdiyyəsi yaxından iştirak etmişdir. Astara bələdiyyəsi şəhərin təmizliyi həyata keçirməsi üçün MKT birliyi ilə bağlamış müqavilələrin sayı artırılmışdır.Bələdiyyənin önəm verdiyi sahələrdən biri də imkansız və kimsəsiz ailələrə maddi yardımların verilməsidir. Hesabat dövründə Novruz, Ramazan və Yeni il bayramları ərəfəsində ümumilikdə 108 nəfər imkansız ailəyə hər biri 7 növ ərzaqdan ibarət bağlamalar paylanmışdır. ərzaq bağlaması alanların siyahısını müəyyənləşdirməkdə məhəllə komitələri və şəhər icra nümayəndəliyi yaxından iştirak etmişlər.
Bələdiyyəmizin diqqət yetirdiyi digər prioritet məsələlərdən biri idman sahəsinə dəstəkdir.
Bələdiyyənin nəzdində fəaliyyət göstərən Bələdiyyə evində idmanın inkişafına dəstək və gənclərin zərərli vərdişlərdən uzaq saxlamaq məqsədilə “Qaydasız döyüş” idman növü üzrə məşqlər keçirilir.Bələdiyyəni təmsil edən komanda bir sıra beynəlxalq yarışlarda mükafat qazanmışlar.Həmin komanda bələdiyyəmizin maddidəstıyi ilə dəfələrlə Gürcüstandakı yarışlarda iştirak edərək birinciliklər qazanmışlar.Apardığımız təbliğat nəticəsində 50-dən çox məktəbli orada təlim keçməkdədir.Astara bələdiyyəsi Astara Rayon Gənclər və idman idarəsi ilə six əməkdaşlıq edərək bir sıra idman oyunlarının keçirilməsində yaxından iştirak etmişdir.Belə ki,yay fəslində çimərlik futbolunun inkişafı üçün keçirilən rayon turniri buna misal ola bilər. 2016-cı ildə də Gürcüstanın Batumi şəhərində keçirilmiş veteran futbolçulara həsr edilmiş futbol üzrə kuboku yarışlarına futbolçuların göndərilməsində də Astara bələdiyyəsi çox yaxından iştirak etmişdir.
2016-ci ildə bələdiyyə bir sıra mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsinə yardımçı olmuşdur. 8 Mart-Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 9 May Qələbə günü, Qurtuluş günü, Silahlı Qüvvələr günü, Ramazan bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramlarında müxtəlif səpgili tədbirlər keçirilmişdir.
9 Mayda şəhərimizdə yaşayan ikinci dünya müharibəsi iştirakçıları evlərində yad edilmişlər.
Hesabat dövründə vətəndaşların müraciətləri əsasında bələdiyyə iclasının qərarları ilə fərdi mənzil tikintisi üçün mülkiyyətinə 0,65 ha torpaq sahəsi ayrılmış və sahibkarlıq fəaliyyəti üçün mülkiyyətə 0.31 ha və icarəyə 2 ha torpaq sahəsi torpaq sahəsi ayrılmışdır.
Astara bələdiyyəsi 2016-cı il üzrə büdcəni 42,8 faiz icra etmişdir.Büdcəyə daxilolmalardan vergilərdən daxilolmalar-17,9 faiz, torpaq vergisi -20,3 faiz, əmlak vergisi-13,2 faiz ,digər gəlirlər-55,5 faiz, mülkiyyətdən gələn gəlirlər-28,3 faiz,icarə haqqı 28,3 faiz,mal və xidmətlərin satışından daxilolmalar -85,1 faiz,dotasiya 12 faiz icra olunmuşdur.Xərclər üzrə vəsait 41,6 faiz icra edilmişdir. Yerli özünüidarəetməorqanının saxlanması-60 faiz,sosial-təminat xərci 79,8 faiz,mədəniyyət,incəsənət,kütləvi informasıya və bədən tərbiyəsi xərcləri-53,3 faiz,mənzil-kommunal təsərrüfatı xərcləri-13,1 faiz təhsil xərcləri-0 faiz,səhiyyə xərcləri-0 faiz icra olunmuşdur.
YEKUN
Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az maliyyə vəsaiti ilə Astara Bələdiyyəsi xeyli iş görmüşdür, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olmuşdur. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi informasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münasibətlər qurulmuşdur.Beynəlxalq səviyyədə bələdiyyəmizin tanıtımı üçün ilkin işlər görülmüşdür.Belə ki,Astara bələdiyyəsi Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi və Almaniya –Azərbaycan əməkdaşlığı təşkilatının Cənubi Qafqazda Yerli özünüidarəetmə sistemində Qadın iştirakçılığı Proqramına qoşulmuş,nəinki Azərbaycanın müxtəlif nöqtələrində,hətta Respublikadan kənarda təlimlərdə iştirak etmişdir.Belə ki,ötən ilin iyul ayında Kiyevdə Avropa birliyinin keçirdiyi şərq tərəfdaşlığı ölkələrinin iştirak etdiyi seminarda, sentyabr ayında Borjomidə keçirilmış konfransda Astara bələdiyyəsinin sədri A.Məmmədova beynəlxalq sertifikata layiq görülmüşdür.2016-cı ilin dekabr ayında Astara bələdiyyəsinin sədri A.Məmmədova Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası tərəfindən “ilin peşəkar gənci” fəxri diplomuna və döş nişanına layiq görülmüşdür.Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Astara Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook)internet səhifəsindən dolğun məlumat ala bilər.
Xüsüsi olaraq vurğulamaq istərdik ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Astarada da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bu proses son illər rayon icra Hakimiyyətinin Başçısı cənab Qəzənfər Ağayevin rəhbərliyi ilə rayonumuzda daha da sürətlə aparılır, şəhərin siması gündən-günə gözəlləşir. Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-sahman işlərinə yönəldirik. Ümumiyyətlə, Astara Bələdiyyəsi rayon icra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmaqdadır. Sözsüz ki, bələdiyyə iş planında nəzərdə tutduğu işlərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə büdcəsini formalaşdıran ən iri mənbələr olan əmlak və torpaq vergilərinin istənilən səviyyədə toplanmaması ilə yanaşı bələdiyyəmizin öz büdcəsini müstəqil icra edə bilməməsidir.Hesabat ilində gələn gəlir 2015-ci ilin hesabat dövründən nisbətən çox olsa da bank və poçt hesablarımıza məhkəmə icra bölməsi tərəfindən həbs qoyulması səbəbilə səmərəli istifadə olunmamışdır.Lakin bütün bunlara baxmayaraq bələdiyyəmiz öz fəaliyyətini dayandırmamış daha əzmlə çalışmağa başlamışdır.Belə ki,keçən hesabat ilində bələdiyyə yeni iş yerləri barədə müsabiqə elan etmış və 3 astaralı gənci işlə təmin etmişdir.Onu da qeyd edim ki,Astara bələdiyyəsinə vergi agenti kimi işçilərin qəbulu davam edir.Lakin nədənsə bu işin çətinliyi qarşısında istəkçilər azlıq təşkil edir.
Bələdiyyə mülkiyyətində olan ehtiyat fond torpaqların az olması və vergi ödəyicilərinin passivliyi növbəti il üçün alternativ gəlir mənbələri yaratmalı olduğumuzun vacibliyini göstərir.Bu səbəbdən bələdiyyəmiz öz ərazisində baramaçılığın inkişaf etdirilməsi və yeni gəlir mənbəyi yaratmaq məqsədilə tut bağı salmışdır.2017-ci ildə bu bağın daha da genişləndirilməsi üçün hazırlıq işləri aparır.
Gələcəkdə vergi və ödənişlərin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində xüsusən kənd təsərrüfatı təyinatlı yeni istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq.Möhtərəm prezidentimiz cənab ilham əliyevin “2014-2018-ci illərdə Regionlarin Sosial iqtisadi inkişafının Dövlət Proqramının” qəbul edilməsinin ikinci ili münasibətilə keçirilən konfransında qeyd etdiyi dəyərli fikirlərə əsasən bizlər üçün qeyd etdiyi fəaliyyət planına uyğun olaraq bələdiyyəmizin ərazisində olan və məqsədsiz istifadə olunan torpaqları bələdiyyə olaraq tut, çəltik,qarğıdalı və kartof sahələrinə çevirməklə yeni iş yerləri yaratmaq və bu məhsulların bolluğunu yaratmaqla xaricdən idxalın qarşısını almağı planlaşdırırıq.Astara Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Aygül Azər qızı Məmmədova
Astara bələdiyyəsinin sədri