"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsi hərbi hissədə olub

--2015-10-26 / 10:56

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Astara bələdiyyəsinin  yaydığı məlumata görə, bələdiyyə sədri A.Məmmədova, sədr müavini S.Gənciyev, Astara rayon icra nümayəndəsinin müavini R.əliyev, Heydər əliyev mərkəzinin müdiri K.Səmədova və Gənclər və idman idarəsinin rəisi ə.əliyevin iştirakıyla növbəti dəfə şəhərdəki “N” saylı hərbi hissədə valideyinlər üçün təşkil olunmuş "Açıq qapı" günündə iştirak ediblər. əsgərlərin gündəlik qayğıları ilə tanış olan nümayəndə heyəti əsgərlər üçün yaradılan şəraitin  ürəkaçan olduğunu bildiriblər.

Belediyye.info

 

 

ŞƏRHLƏR