"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsi vergilərin yığımına diqqəti artıracaq

--2015-12-17 / 20:10

Astara bələdiyyəsinin sədri Aygül Məmmədovanın Belediyye.infoya verdiyi məlumata görə, bu günlərdə bələdiyyə iclasında büdcə layihəsi müzakirə edilərək təsdiq edilib.

Sədrin sözlərinə görə, növbəti ildə torpaq vergisindən 36 min manat, k/t-ı üçün istifadə edilən torpaqlara görə rezident və q/rezident fiziki şəxslərin torpaq vergisi           4 min manat, yaşayış fondların,həyətyanı sahələrin və bağ sahələrin torpaqlarına görə torpaq vergisi 16. 5 min manat, digər  təyinatlı torpaqlara görə rezident və q/rezident fiziki şəxslərdən torpaq vergisi           15.5 min manat vergi yığımı nəzərdə tutulub.

Bələdiyyə həmçinin 2016-cı ildə 18.2 min manat əmlak vergisi, fiziki  şəxslərin xüsusi mülkiyyətində olan əsas vəsaitlərdən əmlak vergisi    16.5 min manat, fiziki şəxslərin sair əmlakından əmlak vergisi      1.700 manat vergi yığılması planlaşdırlıb.

Torpağın icarəyə verilməsindən icarə haqqı üçün 10 min manat,  mal və xidmətlərin satışından daxilolmaların həcmi 60.8 min manat, torpağın ve qeyri-maddi aktivlərin satışından daxilolmaların həcmi 50 min manat olması gözlənilir.

Bu müddət ərzində bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar)reklamının yerləşdirilməsi və yayımı üçün beş min manat ödənişin yığılması nəzərdə tutulub. Avtodayanacaqlardan bir min manat,  bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort, turizm xidmətindən ödəniş 1.8 min manat  vergi yığılması təsdiq edilib.

Astara bələdiyyəsi 160 min manat toplayacağı vergidən 80 min manata yaxınını şəhərin abadlığına xərcləməyi, habelə 30 min manata yaxını isə sosial layihələrin icrasına yönəldəcək.

Sədrin sözlərinə görə,  son bir ilədək bələdiyyə tərəfindən küçə reklamıyla bağlı və avtodayanacalara görə ödəniş toplanılmasına diqqət yetirilməmişdir. ilk dəfədir ki, bələdiyyə iclasında bu məsələ qaldırılaraq vergi müfəttişləri tərəfindən mütəmadi olaraq əhali arasında maarifləndirmə işlərinə üstünlük verilməsi qərara alınmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR