Astara bələdiyyəsinin sədri Aygül Məmmədova Belediyye.infonun suallarını cavablandırıb:
- Bələdiyyənizdə vətəndaş qəbulları necə keçirilir?
- Astara bələdiyyəsində vətəndaşlar sədr və işçilər tərəfindən hər gün qəbul edilir.
Hər bir müraciət kitabda qeyd olunur. Vətəndaşların müraciəti Astara bələdiyyəsinin feysbook səhifəsində də qeydiyyata alınır və ictimailəşdirilir.
- Bəs bələdiyyə sədrinin qəbul vaxtı nə vaxtdır?
- Astara bələdiyyəsinin sədrinin qəbul günləri bazar ertəsi və çərşənbə günləri saat 10-00-dan 18-00 -dəkdir.
- Vətəndaşların qəbulu ilə bağlı sizin bələdiyyəniz hansı yeniliyi edib və ya etməyi nəzərdə tutur?
- ilk olaraq məhəllə komitələrinin iştirakı ilə səyyarı qəbullar və ayda bir dəfə olmaqla “Açıq qapı” gününün keçirilməsini nəzərdə tuturuq.
- 2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri neçə nəfəri qəbul edib, sakinlərin qaldırdığı məsələlər öz həllini necə tapıb?
- Ötən il bələdiyyə sədri tərəfindən 339 nəfər qəbul edilmışdır. Hətta şifahı müraciətlər qeydiyyat kitabında rəsmi qeydə alınır. Bəzi vətəndaşların problemləri tam həll edilməsə də, vətəndaşlara düzgün istiqamətlər verilir.
- Ümiuməyyətlə vətəndaş qəbullarının qeydiyyyı aparılırmı?
- Mütləq qaydada vətəndaşların yazılı və şıfahi müraciətləri ayrı-ayrı kitablarda qeyd edilir.
- Son olaraq öyrənmək istərdik, bələdiyyənizə edilən müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edilirmi, bu istiqamətdə təhlil və təsnifatlaşdırma aparılıbmı?
- Bəli. Bələdiyyəyə daxil olan ərizə və müraciətlər sosial məsələlər daimi komissiyasının iclaslarında və ümimi bələdiyyə iclasında müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.
Belediyye.info