"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsinə YAP tərəfindən namizədliyi irəli sürülmüş ən layiqli namizədə səs verin!!! (R)

--2019-12-17 / 04:15

Məmmədova Aygül Azər qızı 04 avqust 1985-ci ildə Astara şəhərində anadan olmuşdur.2002-ci ildə ADPU-nin biologiya fakültəsinə daxil olmuşdur.2009-cu ildə həmin universitetin Biologiya fakültəsi üzrə "Onurğasızlar zoologiyasi" ixtisası üzrə magistr dərəcəsi almışdır.2006-ci ildən 2014-cu ilədək Astara şəhər 4 saylı tam orta məktəbdə biologiya müəllimi , sonra tərbiyə işləri üzrə direktor müavini, Astara şəhər 6 saylı tam orta məktəbdə direktor vəzifələrində çalışmışdır. 2007-ci ildə YAP Astara rayon təşkilatı Gənclər birliyinin sədr müavini , 2013 -cu ildə Qadınlar şurasının sədri seçilmişdir.2014-cu ildə Bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş və Astara Bələdiyyəsinin üzvü,2015-ci ilin 31 yanvar tarixli iclas qərarı ilə Astara Bələdiyyəsinin sədri seçilmişdir.

Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik akademiyasında beynəlxalq münasibətlər fakültəsində distant təhsil alır.

ŞƏRHLƏR