"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astara bələdiyyəsinin komandası 11 medal qazanıb

--2017-07-17 / 16:58

Astara bələdiyyə evində qaydasız döyüş növləri üzrə Astara bələdiyyəsinin dəstəyi ilə dünya və avropa çempionlarının məşqçiliyi ilə   məşqlər keçirilir. Həmin məşqlərdə 6-17 yaşlı astaralı gənclər iştirak edir.

Burada qaydasız döyüşün kikboksinq, сitsu və s növləri tədris edilir. Bu idmançılar кespublika və dünya çempionatlarında iştirak edərək Astara bələdiyyəsini təmsil edirlər. Bu günlərdə  bələdiyyənin komandası  Gürcüstanda keçirilən turnurdə medal qazanaraq qayıdıblar. 60 kq-dan yuxarı çəki üzrə  6-12 yaşlılar arasında Lənkəran şəhərində respublika çempionatı keçirilib. Aralarında qız idmançılarının da qatıldığı  Astaranın bələdiyyə idman klubunun idmançıları 1,2 və 3-cü yerləri qazanaraq 11 medalla rayona qayıdıblar. Məlumatda oda bildirilir ki, yaxın gələcəkdə qaydasız döyüş növü üzrə konfederasiyanın  Astara rayonu üzrə bölməsinin rəhbərliyi Astara bələdiyyəsinin sədri Aygül Məmmədovaya həvalə olunacğı gözlənilir.

Məsələyə münasibət bildirən Aygül Məmmədova Belediyye.infoya  bildirib ki, bu bizim üçün şərəfdir.Gənclərimizi zərərli vərdişlərdən yayındırmaq naminə onları idmana sövq etmək ən zəruri məqsədlərimizdəndir.

Belediyye.info

ŞƏRHLƏR