"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astarada əkinəyararlı torpaqların inventarizasiyasına başlanılıb

--2017-09-19 / 16:57

Bu gün Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara RiH-ni Astara şəhəri üzrə icra nümayəndəsi şahverən Cavadov və sahibkar  Tarif  Hüseynovla birlikdə şəhər ərazisində olan çay bağlarına və gələcəkdə yeni salınacaq çay bağları üçün nəzərdə tutulan torpaq sahələrinə baxış keçiriblər. Bu barədə məlumatı Astara bələdiyyəsinin sədri Aygül Məmmədova verib. Sdərin sözlərinə görə, Regionların Sosial-iqtisadi inkişafının yaxşılaşdırıması məqsədi ilə dövlətimizin apardığı strateji siyasətin əsas istiqaməti regionların iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir.

Belə ki, hər bir regionun özünəməxsus strukturu, məşğulluq istiqamətləri və gəlir mənbələri var. Astara cənub regionunun sərhəd bölgəsi olmaqla əsasən sitrus, çayçılıq və çəltikçiliklə məşhur olan rayondur.

Sədr açıqlamasında daha sonra bildirb:

“Sentyabr ayının 3-də cənab Prezident ilham əliyevin Lənkəran rayonuna səfəri zamanı sitrus, çay və çəltikçiliyin inkişafına diqqət yetirməyi və həmin sahələri inkişaf etdirməklə əhalinin məşğulluğunu artırmağı tövsiyyə etmişdir. Bu məsələ ilə bağlı geniş nitq söyləyən cənab Prezidentin tövsiyyələrinə əməl etmək məqsədilə yeni çay kollarının əkilməsi və genişləndirilməsi məqsədilə Astara rayon bələdiyyələri və icra nümayəndəlikləri bütün mövcud əkinəyararlı torpaqların inventarizasiyasına başlamış və suvarmaya ehtiyacı olan sahələrin müəyyənləşdirilməsində iştirak etmişlər.

inanırıq ki, Prezidentin dəstəyi və Astara Rayon icra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin rəhbərliyi ilə Astara qısa müddət ərzində sitrus, çay və çəltikçiliyin mərkəzinə və ən əsası Azərbaycanın turizm cənnətinə çevriləcəkdir.

Qeyd edim ki, bu gün Astara şəhərində 966 ha əkinəyararlı torpaq sahəsi vardır ki,onun 140 ha-rı Astara bələdiyyəsinin mülkiyyətinə aiddir. Məhz həmin torpaq sahələrinin gələcəkdə aqrotexniki müayinəsindən sonra əkin dövriyyəsinə buraxılması nəzərdə tutulur.”

 Belediyye.info

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR