"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astarada sel sularının vurduğu ziyan aradan qaldırılıb

--2017-10-10 / 11:20

Astaraçayın daşması nəticəsində həmin çayın ərtafında yerləşmiş Astara şəhərinin bir hissəsi, Suparıbağ, Rüdəkənar və Qapıçıməhəllə kəndləri və bir sərhəd zastavası su altında qalmışdır.

Astara RiH-nin Fövqəladə Hallar komissiyasının və FHN-nin yanğından mühafizə briqadasının səyləri nəticəsində 60 -dan çox ailə təxriyə olunmuş və subasan ərazilər xüsusi axarlar vasitəsilə daşmış çay suyundan azad olunmuşdur.

Astara bələdiyyəsinin sədri Aygül Məmmədovanın Belediyye.infoya verdiyi açıqlamaya görə, hazırda sel sularının vurduğu ziyan aradan qaldırılmışdır. Vətəndaşlara dəymiş maddi ziyannın həcmi öyrənilir.

Belediyye.info

ŞƏRHLƏR