"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astarada turizmin inkişafı ilə bağlı istiqamətlər müəyyənləşdirilib

--2015-05-16 / 19:25

Astara, 15 may, Bağır əliyev, AZəRTAC

Mayın 15-də Astara şəhərində Avropa ittifaqının maliyyə dəstəyi ilə “Yerli idarəetməyə yardım” ictimai Birliyinin reallaşdırdığı “Kənd turizminə dəstək” layihəsi çərçivəsində tədbir keçirilib.

AZəRTAC xəbər verir ki, tədbirin məqsədi Astara rayonunda turizm prioritetlərini və ehtiyaclarını müzakirə etmək üçün bütün maraqlı tərəfləri bir araya toplamaq, bələdiyyələrdə turizmin inkişafı üçün daha yaxşı hüquqi və tənzimləyici mühit yaratmaq, bu sahədə müsbət təcrübələri paylaşmaqdır.

iştirakçılar tərəfindən bələdiyyələrdə turizmin inkişaf istiqamətləri barədə verilən təkliflər növbəti mərhələdə layihə heyəti tərəfindən bələdiyyələr üçün hazırlanacaq iki illik “Turizm inkişaf Strategiyası”nda nəzərə alınacaq.

Astara Rayon icra Hakimiyyətinin məsul işçilərinin, bələdiyyə üzvlərinin, rayonda fəaliyyət göstərən QHT sədrlərinin, turizm şirkətlərinin və bank işçilərinin, KiV təmsilçilərinin iştirak etdikləri tədbirdə “Yerli idarəetməyə yardım” ictimai Birliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə üzrə mütəxəssisi Xanım şabanova layihə barədə məlumat verib.

Qeyd olunub ki, 2014-cü ilin yanvar ayından Azərbaycanın 6 rayonunda - Astara, Lerik, Masallı, Göyçay, ismayıllı və şamaxı rayonlarında “icma əsaslı turizmin inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrasına başlanılıb.

Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Pərviz Yusifov “Azərbaycanda regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi” proqramının məqsəd və vəzifələrindən danışıb.

Sonra layihənin təqdimatı olub.

Astara Rayon icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi şirinov çıxışında bildirdi ki, rayonda turizmin inkişafı üçün geniş imkanlar var. Bu imkanlar regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında da öz əksini tapıb.

Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonda turizmin inkişafı ilə bağlı üç istiqamət müəyyən edilib. Rayonun “isti-su” ərazisində pansionatın tikilməsi, Sım kəndi ərazisində qədim mədəniyyət və tarixi abidələrin mühafizəsi və təbliği, Hamoşam kəndi ərazisində, Hirkan qoruğunda ekoturizmin inkişaf etdirilməsi qarşıda duran vəzifələrdir.

Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin məsul işçisi Vüsal Babayevin “icma əsaslı turizmin inkişaf istiqamətləri: imkanlar və perspektivlər”, “Yerli idarəetməyə yardım” ictimai Birliyinin regional əlaqələndiricisi Vamiq Babayevin “Hədəf - bələdiyyələrdə turizmin inkişafına baxış” mövzusunda çıxış ediblər.

Sonda bələdiyyələrdə turizmin inkişafı ilə bağlı verilən təkliflər ətraflı müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

ŞƏRHLƏR