"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astarada vətəndaşların müraciətləri və torpaq qanunvericiliyi ilə bağlı müzakirələr aparılıb

--2016-01-29 / 23:03

Astara Rayon Mərkəzi Kitabxanasında Lənkəran regional ədliyyə şöbəsinin təşkilatçılığı və Astara bələdiyyəsinin iştirakıyla rayonun 15 bələdiyyə sədrinin, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr, “Torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.  Seminarda Regional ədliyyə şöbəsinin baş məsləhətçisi əvəz Bədəlov,Astara Notariat kontorunun rəhbəri Faiq Qurbanov ,Astara rayon icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Xəlil Lətifov iştirak etmişlər. 

AZəRTAC xəbər verir ki, Astara rayon dövlət notariat kontorunun dövlət notariusu və bələdiyyələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə Lənkəran regional ədliyyə şöbəsinin böyük məsləhətçisi əvəz Bədəlov ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verib.

Bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlandığını vurğulayan ə.Bədəlov, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri diqqətə çatdırıb.

Seminar-müşavirədə bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər, torpaqların alğı-satqısı prosedurunun həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

 

AZəRTAC

ŞƏRHLƏR