"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Astaranın qadın bələdiyyə sədri kimdir?

--2016-01-03 / 19:52

Aygül Azər qızı Məmmədova 1985-ci il avqustun 4-də ziyalı ailəsində anadan olub.

2002-ci ildə Astara şəhər fars dili təmayüllü 5 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinə  yüksək balla daxil olan A. Məmmədova 2006-cı ildə həmin universitetin bakalaviaturasını müvəffəqiyyətlə  bitirib.

Həmin il Magistr imtahanlarında iştirak edərək o, yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Onurğasızlar zoologiyası ixtisasi üzrə qiyabi şöbəsinə daxil olub.

2009-cu ildə magistr dərəcəsi ilə oranı bitirib.

Aygül Məmmədova pedaqoji fəaliyyətə  2006-cı ildə Astara şəhər ş.Qasımov adına 4 saylı tam orta məktəbində başlayıb. Rayonun bütün ictimai işlərində fəallıqla iştirak etmiş və rayonun qabaqcıl gəncləri sırasına yüksəlib.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2007-ci ildə  Astara rayon YAP gənclər birliyinin sədr müavini seçilib. 2012-ci ildə YAP-ın rayon  qadınlar şurasının sədri ,  2014-cü ildə YAP  Qadınlar şurasının sədr müavini seçilib.

Azərbaycan Müəllimlərinin XIV qurultayına, YAP-nın IV və V qurultaylarına Azərbaycan gənclərinin IV,V və VII Forumlarına nümayəndə  seçilib.

2012-ci ildə pedaqoji nailiyyətlərinə görə  məktəb kollektivinin təklifi ilə Astara şəhər ş.Qasımov adına 4 saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə yüksəlib. Həmin dövrdə gördüyü ilk iş məktəbin adını daşıdığı şəhid ş.Qasımovun büstünün məktəbdə ucaldılması olub.

Rayonda göstərdiyi fəallığa görə, rayon rəhbərliyinin etimadını qazanan A.Məmmədova 2014-cü ildə Astara şəhər F.əliyarov adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilr. Direktor təyin olunan dövrdə məktəbdə bir sıra yeniliyə imza atıb. Azərbaycan Respublikası Prezidenti yanında “Bilik fondunun “dəstəyi ilə rəhbərlik etdiyi məktəblə Bakı şəhər Yasamal rayonu 53 saylı məktəblə qardaşlaşıb.

Məktəbdə gördüyü ilk iş məktəbin adını daşıdığı F.əliyarovun xatirəsini əbədiləşdirmək olub.

Yeni Azərbaycan Partiyası tərəfindən 2014-cü il bələdiyyə seçkilərində namizədliyi irəli sürüb və seçkilərdə ən çox toplanan ikinci səslə Astara bələdiyyəsinin üzvü seçilıb. 31 yanvar 2015-ci tarixli iclas qərarı ilə bələdiyyə üzvlərinin yekdilliklə səsverməsi nəticəsində Astara bələdiyyəsinin sədri seçilib.

Bələdiyyə sədri seçildiyi dövrdən bu günədək bələdiyyələrdə qadın iştirakçılığını dəstəkləyən konfranslarda iştirak etmiş, müxtəlif sertifikatlar qazanıb.

Astara bələdiyyəsinin üzləşdiyi problemləri həll etmək üçün daim mübarizə aparır, bələdiyyəyə müraciət edən hər bir vətəndaşı dinləməyi bacarır və problemini həll etməyə çalışır. Bələdiyyədə fəaliyyətə başladığı dövrdə bələdiyyə vergi sistemini yenidən qurmağa müvəffəq olmuş, Astara bələdiyyəsinin nəzdində yaradılmış “Bələdiyyə 1-A” MMC-nin fəaliyyəti  və bələdiyyəyə yeni gəlirlər gətirməsi üçün çalışmlalarını davam etdirməkdədir.

 

 

ŞƏRHLƏR