"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Atatürk parkı əsaslı təmirdən sonra belə olacaq

--2019-02-01 / 15:55

Paytaxtın Nərimanov rayonundakı bu park böyük bir şəxsiyyətin –Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyır. Eyni zamanda bu park Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir.

Bununla bağlı Bakı şiH-in yaydığı məlkumata ğörə, indiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə heç kimi qane etməyib. Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı şəhər icra Hakimiyyətinə müxtəlif xahiş və təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı şəhər icra Hakimiyyəti tərəfindən Nərimanov rayon icra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanıb. Həmin layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub. Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək.

2 ay əvvəl parkda əsaslı təmir- yenidənqurma işlərinə başlanıb. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı şəhər icra Hakimiyyəti Yaşıllaşdırma Departamenti tərəfindən həyata keçirilir.

Layihəyə uyğun olaraq gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub.

Məlumatda bildirilir ki, yaxın aylarda bu parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR