"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə ki..."

--2016-04-05 / 21:33

“Aprelin 2-də erməni silahlıları Azərbaycana qarşı növbəti təxribat törədib, hərbi mövqelərimizə hücum çəkib, əhalini, kəndləri atəşə tutublar. Qəhrəman Azərbaycan ordusu, əsgərlərimiz, zabitlərimiz düşmənin təxribatının qarşısını aldı, layiqli cavabını verdi və təmas xəttində üstünlüyünü daha da möhkəmləndirdi". 

ANS PRESS-in məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, prezident ilham əliyev söyləyib. 

oDövlət başçısı bildirib ki, həmin əsgərlər layiqli vətəndaş kimi Azərbaycanda özlərinə layiqli həyat qurmalıdırlar və quracaqlar: “Biz o əsgərlərlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər". 

O deyib ki, ilk dəfə deyil ki, erməni işğalçıları bu təxribatlara əl atır. Lakin Azərbaycan ordusu təmas xəttində öz üstünlüyünü daha da möhkəmləndirib.

"Mən dəfələrlə demişəm ki, onlar işğal olunmuş torpaqları daim öz nəzarətlərində saxlamaq istəyirlər, sülh istəmirlər, danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Bütün beynəlxalq, əxlaqi normaları pozublar, mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan-Azərbaycan sərhədində, Qazax istiqamətində təxribat törədiblər və hərbçilərimiz həlak olub. Bu hadisələr zamanı daima bizim kəndlərimizi atəşə tuturlar, mülki əhalidən həlak olanlar var. 300-ə yaxın evə ziyan vurulub. Onların hərəkətləri budur. Azərbaycan ordusu, əsgərləri heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir. Azərbaycan ordusu bir daha düşmənə yerini göstərdi, onu yerində oturtdu".

Prezidentin sözlərinə görə, Azərbaycan cəbhədə tam üstünlük əldə edib. Buna baxmayaraq, bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin. "Biz müharibə istəmirik, istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMTATəTislam əməkdaşlıq Təşkilatı, Avropa şurası Azərbaycanın mövqeyini, həqiqəti əks etdirən qərar və qətnamələr qəbul ediblər. O, qeyd edib ki, artıq hamı kimin işğalçı, kimin qurban olduğunu açıq-aşkar görür. 

“Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də danışıqlar prosesinə hazırıq. Erməni tərəfi bu təxribatı ona görə törədib ki, beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Ancaq onu da bilməlisiniz ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulub. Bunun günahkarı onlar özləridir".

Ümumiyyətlə o qeyd edib ki, ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. 

http://www.anspress.com/siyaset/05-04-2016/dusmene-cox-boyuk-sarsidici-zerbe-vurulub

 
ŞƏRHLƏR