Azərbaycan dilində ən böyük audiokitabxanası olan AUDiOKiTAB mobil tədbiqinin təşkilatçılığı ilə Sabunçu rayonu Pirşağı qəsəbəsində Pirşağı bələdiyyəsinin təşkilatçılığı ilə gənclər arasında bilik yarışması keçirilib. Yarış bir neçə kateqoriya üzrə baş tutub. ədəbiyyat, tarix, məntiq, Azərbaycan filmləri, Azərbaycan milli musiqisi və audiokitablarla bağlı sualları cavablandıran iştiakçılar arasında qalib olanlara pul mükafatı və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, müsabiqənin qalibinə 200 yüz manat, ikinci yeri tutan iştirakçıya 100 manat, üçüncü yeri tutan iştirakçıya isə 50 manat məbləğində pul mükafatı təqdim edilib.
Qeyd edək ki, audiokitab tərəfindən ardıcıl şəkildə kitabın təbliğatı və audiokitabın ölkəmizdə geniş yayılmasını təmin etmək məqsədiylə müntəzəm və davamlı bilik yarışmaları keçirilir. Belə yarışların gələcəkdə gənc bələdiyyə qulluqçuları arasında keçirilməsi nəzərdə tutulur.
Belediyye.info