"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Avarçəkmə yarışlarına Mingəçevir bələdiyyəsinin dəstəyi ilə start verilib

--2017-05-11 / 14:52

Ümummilli lider Heydər əliyevin xatirəsinə həsr edilmiş Mingəçevir  bələdiyyəsinin mükafatı uğrunda Avarçəkmə yarışlarına start verilib.

Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Mingəçevir bələdiyyəsinin maliyyə dəstəyi və Uşaq-Gənclər idman Məktəbinin təşkilatçılığı ilə keçirilən kayak və kanoe yarışlarında 100-ə yaxın uşaq və gənc qüvvəsini sınayacaq.

Yarışlar mayın 14-dək davam edəcək.

Qaliblərə diplom, medal və bələdiyyənin mükafatları təqdim olunacaq.

Belediyye.info

ŞƏRHLƏR