Martın 7-də Avropa Birliyinin paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında “Avropa ittifaqı-Azərbaycan əlaqələri – münasibətlərin daha yüksək səviyyəsinə doğru” başlığı altında siyasi dinləmələr keçirilib.
Milli Məclisin mətbuat xidmətindən AZəRTAC-a bildiriblər ki, dinləmələr Avropa Parlamentinin üzvü Heydi Hautala və Andrey Mamıkinin, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradovun təşəbbüsü ilə təşkil olunub. Avropa Siyasət Mərkəzi, LiNKS kimi QHT-lərin təşkilatçılığı ilə baş tutan dinləmələrdə, Avropa Parlamentinin üzvləri, Avropa vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların və siyasi qrupların nümayəndələri, habelə tədbirə xüsusi dəvət almış tanınmış siyasətçilər iştirak ediblər.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev dinləmələrdə Azərbaycan–Avropa ittifaqı əlaqələrinə dair geniş məruzə ilə çıxış edib.
Azərbaycan–Avropa ittifaqı Parlamentlərarası əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avropa Xarici işlər xidmətinin şərq tərəfdaşlığı şöbəsinin müdir müavini Adriano Martins, Avrasiya Tədqiqatları Mərkəzini, Global Enerji Mərkəzini və eləcə də Atlantik şuranı təmsil edən, ABş-ın Azərbaycanda sabiq səfiri Mətyu Brayzə, Avropa Siyasət Mərkəzinin siyasi məsələlər üzrə baş tədqiqatçısı Amanda Pol mövzu ətrafında çıxışlar etmiş və Azərbaycan ilə Avropa ittifaqı arasında hazırlanmaqda olan yüksək səviyyəli əməkdaşlıq sazişinin əhəmiyyətindən, sənəddə nəzərə alınmalı olan xüsusiyyətlərindən və ümumiyyətlə, Azərbaycan–Avropa ittifaqı münasibətlərinin inkişaf perspektivlərindən danışıb, eləcə də Cənubi Qafqaz regionunda mövcud durum, Ermənistan-Azərbaycan barədə ətraflı məlumat veriblər.
Panel iclaslarında çıxış edən LiNKS qeyri-hökumət təşkilatının direktoru Denis Sammut, Avronest PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü Rövşən Rzayev, Ai-Azərbaycan Parlamentlərarası əməkdaşlıq Komitəsinin sədr müavini Kamran Bayramov, iqtisadi və sosial inkişaf üzrə Elmi Mərkəzin tədqiqatçısı əhməd əlili Avropa ittifaqı–Azərbaycan qarşılıqlı münasibətlərinin müxtəlif istiqamətlərində inkişafından və əməkdaşlıq potensialından danışıblar.
Tədbirin sonunda çıxışçılar tədbir iştirakçılarının və media nümayəndələrinin suallarını cavablandırıblar.
http://azertag.az/xeber/Avropa_Parlamentinde_Azerbaycan_ile_bagli_dinlemeler_kechirilib-1041549