"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresi öz işinə başlayıb

--2017-10-18 / 13:33

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Fransanın Strasburq şəhərində keçirilən 33-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Belediyye.infoya açıqlamasında bildirb ki, Strasburq şəhərində Avropa şurasının iclası işə başlayıb:

“16 oktyabrdan başalanan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 33-cü sessiyasında Çexiya sədrliyi altında Avropa şurası Nazirlər Komitəsinin iclası, Qaçqın uşaqların qəbulu və 3 qonaq çıxışçının təqdimatına dair məsələlərin müzakirəsi həyata keçirilmişdir.

 iclasda habelə Belçikada fakt-araşdırıcı missiya üzrə təqdimat, Bosniya və Hersoqovina, Ermənistan, irəvanda Ahıllar şurasına keçirilmiş seçkilər haqqında hesabat, Finlandiyada bələdiyyə seçkilərinin müşahidəsinin hesabatı, Avropada regional əməkdaşlıq və demokratiya: Avropanın regional assosiasiyalarının və təşkilatlarının rolu haqqında, Avropada region və azlıqların dillərinin bugünü, Qadınların regionların siyasi həyatında iştirakı, Korrupsiyaya qarşı mübarizədə gənc insanlar və açıq hökumət, isveçrədə yerli və regional demokratiya, italiyada yerli və regional demokratiya və digər məsələlər müzakirə olunacaqdır”.

Qeyd edək ki, sessiya oktybrın 20 başa çatacaqdır

Belediyye.info

ŞƏRHLƏR