"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycandan sərt mövqe

--2018-03-30 / 07:53

Xəbər verdiyimiz kimi Fransanın Strasburq şəərində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyələrdə insan hüquqlarına əsaslanan idarəçilik” mövzusunda 34-cü plenar sessiyasına start verilib.

Belediyye.infoya daxil olan məlumata görə, plenar iclasın işində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresdə aparılan müzakirələrdə Azərbycan nümayəndə heyətinin rəhbəri Naxçıvan Ali Məclisinin üzvü Anar ibrahimov məruzə ilə çıxış edib. Bu barədə məlumatı Naxçıvan Televiziyasi yayıb.

“Regional referendum demokratik alət kimi” mövzusunda aparılan müzakirələrdə çıxış edən Anar ibrahimov qeyd edib ki, referendumlar demokratiyanın vacib tərkib hissəsidir.Ona görə referndumların demokrtaik prinsiplərə uyğun təşkili yüksək siyasi mədəniyyətin olmasını tələb edir. Son zamanlar biz Avropada bir sıra populist qərarların verilməsinin şahidi oluruq və bir sıra hallarda referendumlar separatçı təşəbbüslərə hüquqi don geyindirilməsi üçün təşkil edilir.

20 fevral 2017 - ci il tarixdə Ermənistanın Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanunu rejimdə Konstitusiyaya dəyişikliyin edilməsi ilə bağlı refenrendumun keçirilməsi də buna misal ola bilər.

Anar ibrahimov daha sonra qeyd edib ki, bu cür dırnaq arası refenrdumlar beynəlxalq hüququn açıq şəklidə pozulmasıdır. Bu səbəbdən də hər hansı hüquqi qüvvə daşımır və beynəlxalq birlik tərəfindən tanınmır və qəbul edilmir. Hər hansı referendumlar keçirilərkən bu cü risqlər nəzərə alınmalı və beynəlxalq hüququn tələb və normaları gözlənilməlidir. Qeyd edək ki, konqress işini buy gün başa çatıdırır.

 Belediyye.nfo

ŞƏRHLƏR