Xəbər verdiyimiz kimi, 2022-ci il 19-25 mart tarixlərində Fransanın Strasburq şəhərində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 42-ci sessiyasında Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov iki dəfə çıxış edib. “Uşaqları öz şəhərində davamlı inkişafa cəlb etmək” mövzusunda müzakirələrdə çıxış edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov həmdə Avropa şurasının “şəhərimizi necə daha yaxşı etmək olar” kitabçasının hazırlanması təşəbbüsünün və uşaqların iştirakı nəzərdə tutulan “Dinlə-Hərəkət et-Dəyişiklik et” Təlimatının əhəmiyyətli olduğu iştirakçıların diqqətinə çatdırıb.
ikinci çıxışın mətnini təqdim edirik:
“Hörmətli Sədr!
Hörmətli həmkarlar!
Hesabata və “şəhərinizi necə daha yaxşı etmək olar” kitabçasının yaradılması təşəbbüsünüzə, həmçinin Avropa şurasının uşaqların iştirakı ilə bağlı “Dinlə - Hərəkət Et - Dəyişiklik et” Təlimatına görə sizə təşəkkür etmək istəyirəm.
Çox düzgün qeyd olundu ki, bütün uşaq və gənclərin onlara təsir edən məsələlərdə iştirak etmək imkanı davamlı prosesdir. Və bu prosesin mahiyyəti təkcə uşaqların hüquqlarının olması, onların öz fikirlərini ifadə edə bilməsi və ifadə etməli olması deyil. əsas ideya ondan ibarətdir ki, həm böyüklər, həm də uşaqlar eyni vaxtda prosesə cəlb olunurlar. Eyni zamanda, biz uşaqları gələcək siyasətin formalaşmasına cəlb etməklə onlarda vətəndaş məsuliyyəti hissini inkişaf etdirir və gücləndiririk.
Uşaq iştirakının həm təşviqi, həm də təcrübəsi Dayanıqlı inkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində uşaq hüquqlarının həyata keçirilməsində düzəlişlər etməyə kömək edir. Bir tərəfdən, yerli və regional hakimiyyət orqanlarının fəal iştirakı və işi Dayanıqlı inkişaf Məqsədlərinə nail olmaqda, o cümlədən uşaqların maraqlarından söhbət gedəndə mühüm amildir. Digər tərəfdən, səlahiyyət sahibləri, uşaqların gündəlik həyatına təsir edən məsələlərlə məşğul olarkən, uşaqların yerli siyasətlərinə verdiyi töhfədən böyük fayda əldə edə bilərlər. Bir uşağın baxışı perspektiv gətirəcək, "böyüklər" baxımından çatışmayan fikirləri əlavə edəcək və onlar üçün vacib olan prioritetləri təyin etməyə kömək edəcəkdir. Buna görə də, uşaqların iştirakı təkcə aktual deyil, həm də yeni, təzə baxış, maraqlı düşüncələrdir. Odur ki, həm “Buklet”, həm də sözügedən “Təlimatlar” yerli hakimiyyət orqanlarına Dayanıqlı inkişaf Məqsədlərinin həyata keçirilməsində bütün uşaqların iştirakı üçün məkan yaratmaqda kömək edəcək. Diqqətiniz üçün təşəkkürlər!”
https://www.youtube.com/watch?v=1BMFsoEUqBg