"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin idarəetmə Komitəsinin iclasında assosasiya sədri də iştirak edəcək

--2021-11-16 / 08:43

 Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin idarəetmə Komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak edəcəkdir. Bu barədə məlumatı Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov verib.

Sədrin sözlərinə görə, qarışıq şəkildə- onlayn və əyani keçiriləcək iclas 19 noyabr tarixində Fransanın Strasburq şəhərində baş tutacaq. idarəetmə komitəsinin əsas mövzular: 5-ci vitse-prezidentin seçilməsi.

Bu mövzular üzrə hesabatlar dinləniləcək və debatlar keçiriləcəkdir:

Onlayn saxta xəbərlərin yeni trendləri və onların yerli demokratiyaya təsiri, Ağıllı şəhərlər və ağıllı regionlar, Regional kimliklər: gərginlikləri azaltmaq üçün dialoqun təkmil edilməsi, Avropa bələdiyyələri və bölgələrində müşavirə metodlarının istifadəsi, Avropa şurasının digər orqanları və digər təşkilatlar ilə əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin idarəetmə Komitəsinin işində Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Naxçıvan MR Qıvraq bələdiyyəsinin üzvü Rauf əliyev iştirak edəcəklər.

Belediyye.info

ŞƏRHLƏR