Ölkə bələdiyyələrinin əsas maliyyə istiqamətlərindən biri avtomobil dayanacaqlarından daxil olan ödənişlərdir. Belediyye.infonun bu istiqamətdə apardığı araşdırmalardan məlum olub ki, müəyyən obyektiv və subyektiv çətinliklərə baxmayaraq bələdiyyələr bu maliyyə istiqamətindən son üç ildə il ərzində 170-180 min manata yaxın vəsait əldə edə biliblər.
Ötən il əldə edilən gəlirin həcmi 178.200 manat olub.
Bu vəsaitin 93.400 manatını 52 Bakı bələdiyyəsi, 28.200 manatını 3 Gəncə bələdiyyəsi, 12.800 manatını 3 Sumqayıt bələdiyyəsi, 10.700 manatını 40 şəki bələdiyyəsi, 3.600 manatını 30 Kürdəmir bələdiyyəsi, 3.000 manatı 29 Ağstafa bələdiyyəsi, 2.700 manatını 26 Ağdaş bələdiyyəsi, 2.000 manatını 23 Zaqatala bələdiyyəsi, 1.700 manatını 38 Xaçmaz bələdiyyəsi, 2.100 manatını 29 Yevlax bələdiyyəsi, 1.200 manatını 17 Ucar bələdiyyəsi, 1.300 manatını 34 ismayıllı bələdiyyəsi qazanıb.
Beləliklə, avtomobil dayanacaqlarından ən çox maliyyə vəsaitini Gəncə bələdiyyələri əldə edib.
Belediyye.info