"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ayda cəmi 90 manat ödənişlə - EV ALMAQ iMKANI

--2016-01-16 / 12:32

 

Artıq yanvar ayının 11-indən etibarən “AAAF Park” Yaşayış Kompleksindən 25 ilədək – ildə cəmi 4% daxili lizinq şərtləri ilə mənzilə sahibi olmaq mümkündür. Bu barədə Fins.az-a  “AAAF işaat” şirkətindən bildirilib.  

Qeyd edilib ki, satış şərtlərinə təməli qazılmış, yarım tikili və tam hazır binalardan olan mənzillər daxil edilmişdir.

Mənzil sahibi olmaq üçün hər bir Azərbaycan vətəndaşı tək şəxsiyyət vəsiqəsi ilə Xırdalan şəhərində yerləşən AAAF Park Satış Mərkəzinə müraciət edə bilər.

Yeni şərtlər üzrə alıcılar, təməl qazılma mərhələsində 10%, yarım tikili 20% və hazır mənzillərdə isə 40% ilkin ödəniş etməklə mənzil sahibi ola biləcəklər.

Belə ki, kampaniyaya əsasən, məsələn,  ən kiçik 28.7 m² 1 otaqlı mənzil əldə etmək istəyirsinizsə, evin tam dəyərinin – 18 655 manatın (1 m²=650 manatdan hesablanmışdır)  10 %-ini, yəni  1 865 manatını  ilkin ödəniş etməlisiniz. Qalıq borc məbləği olan 16 790 manatı illik 4% daxili annuitet hesablama şərtləri olmaqla 25 ilədək bölmək mümkündür. Bu zaman ayda cəmi 89 manat ödəməklə 28.7 m². mənzil sahibi olacaqsınız.

 

http://fins.az/%C6%8FMLAK/893842/Ayda_cemi_90_manat_odenisle___EV_ALMAQ_IMKANI.html

ŞƏRHLƏR