"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aygün əliyeva Binəqədi RiH başçısnın müavini vəzifəsindən ayrılıb

--2020-09-08 / 16:22

Binəqədi Rayon icra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Aygün əliyeva Tibbi ərazi Bölmələrini idarəetmə Birliyi”ndə (TəBiB) yeni vəzifəyə təyinat alıb. Binəqədi RiH-də bu məlumatı təsdiqlədilər.

Yeni vəzifəyə təyinat aldığından xanım Aygün əliyeva əvvəlki işindən ayrılıb.

Xatırladaq ki, 2013-cü ildə Binəqədi Rayon icra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının 25 yaşlı baş təlimatçısı əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini təyin edilmişdi.

Onu da əlavə edək ki, Aygün əliyeva 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini və Azərbaycan Dövlət iqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini də bitirib.

Belediyye.info

P.S.

Birincisi, xanım Aygün əliyevanı yeni təyinat münasibətiylə təbrik edirəm. inanıram ki, Binəqədi rayonunda olduğu kimi, TəBiB-də də öhdəsinə düşən işi layiqincə yerinə yetirəcək, ümidləri doğruldacaq. Deməliyəm ki, belə bacarıqlı, yüksək intellektə sahib bir kadrı Binəqədi RiH itirmiş olsa da, TəBiB qazanmış oldu. Təbrik edirik

ikinicisi ona pis oluram ki, Binəqədi RiH-də ənənəyə çevrilmiş bəzi məqamlar unudulmaqdadır. Soyuqqanlı davranışlar illərcə yaranmış münasibətləri sanki itirməkdədir. Hər kəsin yaxşı yadında olar ki, Binəqədi RiH-in 1-saylı SiəD sədri mərhum Ləman əliyevanın dünyasını dəyişən zaman nə haqqında bir bilgi verildi, nədə həmin günün səhəri keçirilən hesabat yığıncağında anıldı, heç olmasa bir məlumat belə verilmədi. Sanki belə bir insan həyatda yox imiş, uzun illər dövlətə və dövlətçiliyə xidmət etməmişimiş.

indidə Binəqədi RiH -in saytına baxıram xanım müavinin haqqında məlumat dərhal saytdan götürülüb. Barı heç olmasa imzanın mürəkkəbi quruyardı ondan sonra götürülərdi, sonra məlumatlar silinərdi. Olmazdımı? Olardı. Kim bu addımı atıbsa yəqin zaman gələr ona qarşı da bu cür addım atılar. Hər halda düşündürcü məqamlardır.

ŞƏRHLƏR