"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aytac əliyeva üçün özəl gün

--2018-02-17 / 07:30

Bu gün Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyevanın ad günüdür.  Bu münasibətlə Belediyye.info kollektivi Aytac xanımı təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar  arzu edirik.

Bu təbrikə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının kollektivi və digər həmkarları da qoşulurlar.

Qeyd edək ki, ötən il  Aytac əliyeva dörd dəfə ölkəmizi  və Binəqədi rayonunu ciddi beynəlxalq tədbirlərdə təmsil edib.

***

Fəaliyyətiylə daim seçilən bələdiyyə sədrinin bioqrafiyasını təqdim edirik:

1985-ci ildə Bakı şəhərində tanınmış jurnalıist  Pərviz  əliyev və Afaq Dadaşovanın ailəsində anadan olub.  ibtidai təhsilini Nəsimi rayonu 247 saylı orta məktəbdə, daha sonra isə test üsulu ilə qəbul olduğu Bakı Türk Anadolu Litseyində davam etdirib. Litseyi 2003-cü ildə Qərb Universitetinin Siyasi Elmlər fakültəsinin Politologiya ixtisasına qəbul olub. 2003-2007 – ci illərdə (tələbəlik illəri) Universitetin, həmçinin ölkənin ictimai-siyasi həyatında xüsusi fəallıqla seçilib.

Belə ki:

-         2003-2004-cü illərdə Universitetin Debat klubunun üzvü olmuş, “ən yaxşı spiker” diplomu ilə təltif edilib;

-         2005-ci ilin fevral ayında yaradılan Tələbə Gənclər Təşkilatının sədri seçilib

-         “Heydər əliyev irsi” beynəlxalq elektron kitabxananın ilk məzunu olub (19.06.2006);

-         Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi, Yeni Azərbaycan Partiyası, bir sıra beynəlxalq təşkilatlar və səfirliklər tərəfindən keçirilən konfransların, seminarların, təlim kurslarınıniştirakçısı olmuş, həmçinin müxtəlif tədbirlərdə “Dövlət gənclər siyasətinin paytaxtda və regionlarda həyata keçirilməsində aktiv fəaliyyətinə görə Fəxri Fərman”larla təltif edilib

-         2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü seçilmiş və əraziilk partiya təşkilatı Gənclər Birliyinin sədri olub;

-         2007-ci ildə “2 fevral – Gənclər günü”nün təsis edilməsinin 10 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilham əliyev ilə keçirirlən görüşün iştirakçısı olub;

-         2005-2007-ci illərdə ölkədə fəaliyyət göstərən özəl universitetlər üzrə Tələbə Gənclər Təşkilatlarının koordinatoru olub;

-         Diplomqabağı elmi təcrübə keçmək və politoloji biliklərimi təkmilləşdirmək üçün Azərbaycan Respublikası Milli Məslicinin Analitik informasiya şöbəsində 4 ay təcrübə keçib;

-         2007-ci ildə Universiteti Fərqlənmə diplomu ilə bitirib;

-         Azərbaycan Respublikası Gənclərinin IV, V, VI və VII, həmçinin Azərbaycan Respublika Qadınlarınınson iki forumunun iştirakçısıdır;

-         2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında Dövlət Gənclər Siyasəti istiqamətində ixtisasartırma kursunu bitirib;

-         2008-ci ildə Bakı Dövlət Universitetinin Psixologiya və sosiologiya fakültəsinin Sosial iş ixtisasının magistr dərəcəsinin qiyabi şöbəsinə qəbul olub və 2011-ci ildə Fərqlənmə diplomu ilə bitirib.

 Universiteti bitirdi 2007-ci ildən etibarən Yeni Azərbaycan Partiyası Mərkəzi Qərargahında ideologiya şöbəsində referent vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2007 – 2014-cü illər ərzində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən IV və V Qurultayların, beynəlxalq konfransların, yerli forum və konfransların və s. işçi qrupunda yer alıb. 2011 və 2015-ci illərdə keçirilən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin III və IV Hesabat konfranslarında birliyin Sədr müavini seçilib.

2014-cü il aprel ayında Binəqədi Rayon icra Hakimiyyəti Başçısının müvafiq əmri ilə Binəqədi rayonu 2 saylı Sahə inzibati ərazi Dairəsi üzrə icra nümayəndəsi olaraq əmək fəaliyyətimi davam etdirib. 2014-cü il may ayının 14-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Qadınlar şurasının sədri seçilib.

2014-cü il dekabr ayının 23-də ölkədə keçirilən Bələdiyyə seçkilərində Binəqədi qəsəbəsindən namizədliyini  irəli sürmüş və  bələdiyyə üzvü, 2015-ci il yanvar ayının 28-də keçirilən ilk iclasında isə sədri seçilib.

Hazırda Binəqədi qəsəbə Bələdiyyəsinin sədri vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 2014-cu ildə təqdim etdiyim “Qəhrəmanlar ölmür” fərdi layihəm çərçivəsində eyniadlı kitabı işıq üzü görüb. Kitabda Azərbaycan Respublikasının Milli Qəhrəmanları haqqında məlumatlar yer alır.  

ŞƏRHLƏR