"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

AZADLIQ şərbəti elə bir məcundur ki... - BəLəDiYYə SəDRiNDəN NöVBəTi STATUS

--2016-01-20 / 20:08

Yadımdadır, 4 yaşım vardı. Hamı - nənəm, dayılarım, kiçik xalam, anam, rəhmətlik babam, qonşularımız "şamaxinka" deyilən əraziyə doğru getmişdilər.

Biz - bacım, böyük xalam və mən evdə qalmışdıq. Xalam bizi geyindirmiş və işıqları söndürüb oturmuşduq. Pəncərədən qarşı binanın damına ardıcıl dəyən güllələri (qırmızı qığılcım çıxırdı dəydikcə) izləyirdik.

Gecə yarısınadək gözlədik və ev əhli bir-bir gəlməyə başladı, dayılarımdan başqa.

Nənəm və babam vahiməli şəkildə yenidən çıxıb axtarmağa getdilər onları.

Sonra bildik ki, dayılarım yaralıları və həlak olanları xəstəxanaya daşımağa gediblər.

Sonrakı günlər isə nənəmgildə ehsan verildi, hamı ağlayırdı. ilk dəfə onda gördüm ki, insan canı-qanından bir olmayan, lakin VəTəN olan başqaları üçün ağlaya bilər...

Onda anladım ki, AZADLIQ şərbəti elə bir məcundur ki, onun uğrunda ölmək gərək! 


TANRI AZADLIQ şəRBəTiNi DADDIRANLARA RəHMəT ELəSiN, ONU QORUYANLAR iSə VAR OLSUN!!!

Aytac əLiYEVA

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri

ŞƏRHLƏR