"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azay Quliyev ATəT PA-ya vitse-prezident seçildi

--2016-07-05 / 20:21

Xəbər verdiyimiz kimi, Azərbaycanın ATəT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyevin qurumun vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülmüşdü.

Modern.az-ın xəbərinə görə, bu gün keçirilən səsvermə nəticəsində Azay Quliyev 119 səslə ATəT Parlament Assembleyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, A.Quliyev bu vəzifəyə MDB və islam ölkələrindən yeganə namizəd idi.

Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeganə beynəlxalq mandata sahib olan ATəT-də bu vəzifəyə seçilən ilk azərbaycanlıdır.

http://modern.az/az/news/106106#gsc.tab=0

ŞƏRHLƏR