"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azər Badamov üçün özəl gün

--2017-08-17 / 20:42

Bu gün Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Camal oğlu Badamovun 50 yaşı tamam olur.

Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonunun Düztahir kəndində ziyalı ailəsində anadan olub.

1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olub.

iki il ordu sıralarında xidmət etmiş, 1992-ci ildə Azərbaycan Texnologiya institutunu bitirib.

1988-2009-cu illər ərzində “Azərittifaq”ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, “şahdağ” firmasında iqtisadçı vəzifələrində işləmiş, sahibkarlıq fəaliyyətilə məşğul olmuş, 2009-2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləmişdir.

Azər Badamov 2010-2015 ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilmişdir.

***

Belediyye.infonun yaxın dostu olan Azər Badamova ən böyük arzumuz bələdiyyə sisteminin inkişafına öz töhvəsini daha geniş və  məzmunlu şəkildə davam etdirməsini arzulamaqdır.

Belediyye.info

ŞƏRHLƏR