"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azər Badamov: “Bələdiyyə qulluqçularının peşə bayramının təsis edilməsini müsbət addım hesab edirəm"

--2017-07-03 / 17:49

Bələdiyyə qullquçularının peşə bayramının qeyd edilməsiylə bağlı Belediyye.info ayrı-ayrı şəxslərin, bələdiyyə sədrlərinin, millət vəkillərinin fikirlərini öyrənir.

Məsələylə bağlı Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamovun fikirlərini öyrənib.

Millət vəkilinin fikrincə, ölkəmizdə ayrı-ayrı sahələrdə işləyənlər üçün peşə bayramları təsis olunub. Peşə bayramların qeyd olunması o sahədə çalışanlara stimul verir.

Peşə bayramı  günündə  Ulu Öndərin xatirəsi anılır, dövlətimizin uğurları qeyd olunur,  həmin sahənin keçdiyi tarixi yol  haqqında müzakirələr aparılır və bayram gününü daha sevinclə qeyd edirlər.

Bələdiyyə sistemi də 18-ci ildir ki, fəaliyyət göstərir və artıq cəmiyyətdə özünə məxsus rola, yerə malik orqana çevrilmişdir. Bələdiyyələr yerliözünüidarəetmə orqanları olmaqla müstəqil fəaliyyət göstərən qurumlardır. Bələdiyyələrin fəaliyyətinin normal həyata keçirilməsində bələdiyyə qulluqçuların rolu və əməyi kifayət qədərdir.

Ona  görə də ayrıca bələdiyyə qulluqçularının peşə bayramı təsis edilməsini müsbət addım hesab edirəm.

Bu, bələdiyyə qulluqçularını həvəsləndirər və daha düzgün fəaliyyətlərini qurmaq üçün bir situmul olardı.

Belediyye.info

ŞƏRHLƏR