"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı xəbərdarlıq edir - CəRiMə EDiLə BiLəRSiNiZ

--2017-07-06 / 19:04

Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının  sədri Məhərrəm  Xəlilovun imzasıyla bələdiyyələrə tövsiyə məktubu göndərilib. Məktubda qeyd edilir:

“Azərbaycan Respublikasının əmək Məcəlləsinin 233- cü maddəsinə uyğun olaraq havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü yerlərdə binalarda otaqlarda və digər yerlərdə bütün növ  işlərin görülməsi dayandırılımalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizə si  məqəsdiylə onlara sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.

Eyni zamanda fasilələr iş vaxtına daxil edilməldir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin edilməlidir. iş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri  üzündən baş verməyən  boşdayanma kimi tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

inzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə görə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi  şəraiti ilə təmin edilməməsinə , əməyin mühafizə qatydalarının pozulmasına  görə 1000 manatdan 2 000 manata qədər cərimələrin  tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı bələdiyyələrə havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədiylə qanunvericiliyin tələblərinə riayət edilməsi tövsiyə olunur.”

Belediyye.info

 

ŞƏRHLƏR