"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı müraciət ünvanlayıb-CiDDi

--2017-10-16 / 07:19

Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı  Respublika Komitəsinin IV Qurultayında qəbul edilmiş qərarlardan  irəli gələn məsələlərin həlli ilə bağlı rayon komitələri və ilk  həmkarlar təşkilatlatlarına rəsmi müraciət ünvanlayıb. Bu barədə  Belediyye.infoya məlumat adıçəkilən komitədən daxil olub. Müraciətdə qeyd edilir:

““Həmkarlar ittifaqları haqqında” qanuna, əmək Məcəlləsinə, inzibati Xətalar Məcəlləsinə bir sıra önəmli əlavə və dəyişikliklər edilmişdir. 2012-ci il iyunun 29-da Milli Məclisin Plenar iclasında “Həmkarlar ittifaqları haqqında” qanunun 20-ci maddəsinə edilmiş əlavədə deyilir: “Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvülük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə  və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür”.

əmək Məcəlləsinin “əmək haqqından  tutulmalara yol verilən hallar və bunun icrası qaydası” adlı 175-ci maddəsinə yeni bənd əlavə olunmuşdur. əlavə olunan g) bəndi işəgötürənin sərəncamı ilə həmkar ittifaqı üzvü olan işçinin əmək haqqından üzvülük haqqının  tutulmasına imkan verir.

Bu gün Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı  Respublika Komitəsinin başlıca vəzifəsi bələdiyyə üzvlərinin və qulluqçularının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. Həmkarlar ittifaqının səmərəli fəaliyyəti həmkarlar ittifaqı üzvlərinin əmək haqlarından tutulan və Respublika Komitəsinin xüsusi hesablaşma-hesabına köçürülən üzvlük haqlarından  birbaşa asılıdır. Üzvülük haqları həmkarlar təşkilatının hərəkətverici qüvvəsi olmaqla, həmkarlar  ittifaqının fəaliyyətinə ən ciddi təsir göstərən amillərdəndir.

Odur ki, sizin səlahiyyət dairənizdə olan bələdiyyələrdə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqlarından tutulan üzvlük haqlarının Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının hesablaşma-hesabına köçürülməsini daim diqqətdə saxlamağınızı və vəsaitin vaxtında köçürülməsinə, o cümlədən Qurutayda səslənən təklif və tövsiyələrə məsuliyyətlə yanaşmağınızı  Sizdən  bir daha xahiş edirik.”

Xatırladaq ki, sentyabrın 28-də Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı  Respublika Komitəsinin IV Qurulatyı keçirilmişdir.

Belediyye.info

 

 

ŞƏRHLƏR