Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsi (ABiHi) üzv təşkilatlar arasında “ən yaxşı kollektiv müqavilə” devizi altında müsabiqə keçirilməsi haqqında qərar qəbul edib.
Bu barədə məlumatı komitə sədri Məhərrəm Xəlilov bildirib.
Onun sözlərinə görə, müsabiqənin keçirilməsində başlıca məqsəd kollektiv müqavilələrə diqqətin artırılması, kollektiv müqavilələrdə nəzərdə tutulan öhdəliklərin layiqincə yerinə yetirən təşkilatların müəyyən edilməsi, kollektiv müqavilələrə daha geniş sosial- iqtisadi güzəştlərin daxil edilməsinə nail olmaqdır.
Müsabiqədə iştirak etmək üçün kollektiv müqavilələrin olması mütləqdir. Müsabiqəyə ilin sonunda yekun vurulacaq. Müsabiqənin qalibləri Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqı tərəfindən mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək üçün ABiHi –nin müsabiqə komissiyasına müraciət etmək tövsiyə edilir.
əlaqə telefonu: 0125628611
Belediyye.info